Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

“Tahya Misr” terminalına 330 gəmi yan alıb

2023-cü il iyunun ortalarında istifadəyə verilən Misirin İsgəndəriyyə limanındakı yeni çoxməqsədli “Tahya Misr” terminalı indiyədək 330 gəmi qəbul edib və 410 minə yaxın konteyner aşırıb.

“Seanews.az” xəbər verir ki, terminalın tikintisi 191,5 milyon ABŞ dollarına başa gəlib. 32 kran və 12 yükləyici ilə təchiz edilən terminal konteyner gəmiləri, balkerlər və nəqliyyat vasitələrini daşıyan gəmiləri qəbul edə bilir.

“Tahya Misr”-in yanalma körpüsünün uzunluğu 2300 metrdir ki, bu da ona eyni vaxtda 6-7 iri konteyner gəmisini işləməyə və ildə 12-15 milyon ton yük aşırmağa imkan verir.

Qeyd edək ki, yeni terminal 1,5 min nəfəri işlə təmin edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır