Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Avropa İttifaqı və ABŞ gəmiqayırma sahəsində Çindən asılılıqdan qurtulmağın yollarını axtarır

 

Avropa İttifaqı və ABŞ dünya gəmiqayırma sənayesində Çinin liderliyindən ehtiyat etdiyi üçün bu sahəni canlandırmağın yollarını axtarır.

Bu barədə “Splash” xəbər verir.

Hazırda Çinin mülki gəmiqayırma sifarişlərindəki payı 50%-i ötür. Gəmiqayırma imkanlarına görə isə ABŞ-ı 230 dəfə üstələyir”, - deyə “Splash” bildirir.

Əhəmiyyətli qiymət fərqləri (30-40%) və Çin bankları tərəfindən təklif olunan əlverişli maliyyə həvəsləndirmələri səbəbindən avropalı gəmi sahibləri getdikcə daha çox Asiya gəmi inşaatçılarını seçirlər.

“Tarix göstərir ki, mülki gəmiqayırma və gəmiçilikdə böyük gücə malik  olmadan heç bir dövlət  hərbi dəniz sahəsində böyük qüdrət sahibi kimi qala bilməz. Və 125 ildə ilk dəfədir ki, bütün cəbhələrdə qlobal dəniz rəqibimiz var”, - deyə əvvəllər Yaponiya və Koreya tərsanələrini ABŞ gəmiqayırma müəssisələrinin investorları kimi cəlb etməyə çalışan ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro bildirib.

Xatırladaq ki, aprel ayında ABŞ prezidenti Co Bayden Çindən polad və alüminium idxalına rüsumların artırılacağını açıqlamışdı. Bundan əlavə, ABŞ Ticarət Nümayəndəliyi Çinin gəmiqayırma sahəsindəki üstünlüyü ilə bağlı araşdırmaya başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır