Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

rkiyə bu həftə Aralıq dənizində qazma işlərinə başlay

Türkiyə “Fatih” gəmisi ilə bu həftə Aralıq dənizində qazma işlərinə başlayacaq. “Alanya-1” adlı kəşfiyyat quyusunu qazacaq gəmidə 200-dən çox yerli və xarici mütəxəssis çalışacaq. Kəşfiyyat-axtarış qazma gəmisi Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işlərinə Antalya sahilində başlayacaq. Dənizin dayazsulu hissəsində qazma işləri isə Mersin sahilində aparılacaq. Antalya sahilində qazma işlərinin aparılacağı sahədə dərinlik təxminən 2000-2500 metrdir. Torpaq qatından 5-6 min metr dərinlikdə qazma işləri aparılacaq. Qeyd edək ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün 15 milyon dollarlıq müqavilə imzalayıb. Türkiyənin istehsal etdiyi “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır