

Sinqapurun “NYK Bulkship” tankeri ekoloji cəhətdən təmiz aviasiya yanacağını Los-Ancelesə çatdıracaq
Sinqapurun “NYK Bulkship Asia” (“NBAsia”) şirkətinə məxsus “MR” ərzaq məhsulları daşıyan tankeri ABŞ-nin Los-Anceles və San Fransisko limanlarına çatdırılacaq ekoloji cəhətdən təmiz aviasiya yanacağının (SAF) ilk partiyası ilə Sinqapur limanından yola düşüb.
“Seanews.az” bu barədə “NYK”-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Reaktiv yanacaq bərpa olunan xammaldan - yeməli yağların tullantılarından hazırlanmışdır. Gəmiçilik şirkəti mütəxəssislərinin fikrincə, bu cür yanacağın istifadəsi adi aviasiya kerosini ilə müqayisədə istixana qazı emissiyalarını 80%-ə qədər azaltmağa kömək edəcək.
“Neste” 2023-cü ilin iyun ayında Sinqapurda yeni zavodda “SAF” yanacağının istehsalına başlayıb. Bu yanacaqdan ABŞ, Almaniya, Sinqapur, Yaponiya və digər ölkələrin əsas hava limanlarında istifadə olunur.