

Pentaqon üçün 1 milyard dollara iki freqat tikiləcək
Pentaqon “Marinette Marine Corp” gəmiqayırma şirkəti ilə “Constellation” sinifli iki freqatın - idarə olunan raket silahları ilə çoxməqsədli hərbi gəmilərin tikintisi üçün müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, işin yarıdan çoxu Viskonsin ştatında, qalanı isə Amerikanın digər səkkiz regionunda yerinə yetiriləcək. Podratçı Vaşinqtondakı Hərbi Dəniz Qüvvələri Komandanlığı olacaq.
Freqatların tikintisi 2030-cu ilin aprel ayına qədər başa çatdırılacaq.
“Constellation” sinifli freqatların inşası ideyası 2017-ci ildə ABŞ Müdafiə Nazirliyində yaranıb. ABŞ Hərbi Dəniz Qüvvələrində gəminin çoxsaylı kiçik qayıq hücumlarından müdafiə oluna bilməsini, üfüqdə düşmən gəmilərini məhv etməsini və düşmənin sualtı qayıqlarını aşkarlamasını istəyirdilər.