Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ir Qırmızı dənizdə neft-qaz yataqlarının kəşfiyyatı üçün beynəlxalq tender keçirə

Misir cari ilin sonunadək Qırmızı dənizin ölkə akvatoriyasında perspektiv neft-qaz yataqlarının zəngin olduğu sahələrin kəşfiyyatı üçün beynəlxalq tender keçirəcək. Bu barədə Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Mulla ölkənin neft sektorunun inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə bildirib. Neft sənayesinin gələcək inkişafından bəhs edən misirli nazir tədbirdə iştirak edən aparıcı beynəlxalq neft şirkətlərinin rəhbərlərinin diqqətinə çatdırıb ki, Misirin neft sektoru 2011-2012-ci illərdə qarşılaşdığı bütün böhranlı problemləri aradan qaldırmağa nail olub. O, xüsusilə vurğulayıb ki, 2013-2014-cü illər ərzində neft sahəsində stabillik bərpa olunub, 2015-2018-ci illərdə isə neft-qaz sənayesində böyük uğurların qazanılmasına gətirib çıxaran müvafiq islahatlar başa çatıb. “Aralıq dənizində yerləşən, 27,2 milyard dollar həcmində sərmayə qoyulmuş 4 qaz yatağının – “Zöhr”, “Atul”, “Nouras” və “İskəndəriyyənin Şimalı” yataqlarının bir il ərzində işlənilməsinə başlanılıb. Bu yataqlardan ümumi hasilat gündəlik 6,5 milyard kub fut təşkil edir. Bu, Misirin özünü təbii qazla təmin etməsinə imkan yaradıb”, – deyə Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Mulla bildirib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır