Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Titanik”in oxşarı tarixi marşrutu təkrarlay

“Blue Star” şirkəti 2022-ci ilə kimi Britaniyanın məşhur “Titanik” gəmisinin oxşarını tikmək və suya buraxmaq niyyətindədir.  “Titanik II” adını alan yeni gəmi orijinalının marşrutunu təkrarlayacaq. “Titanik II”-in səyahəti 2 həftə davam edəcək, bundan sonra isə gəmi İngiltərənin Sauthempton şəhərindən ABŞ-ın Nyu-York şəhərinə doğru hərəkət edəcək. Layner Çində inşa edilir. Onda orijinal “Titanik”in daxili qurğuları ilə tamamilə eyni olacaq. Bununla yanaşı, bütün təhlükəsizlik tədbirlərini nəzərə alaraq onu müasir naviqasiya sistemi ilə təchiz etmək planlaşdırılır. Bundan başqa göyərtədə orijinaldakı kimi 2400 sərnişin və 900 heyət üzvü olacaq. Xatırladaq ki, ilk Titanik gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən 705 nəfər xilas olsa da, 1 514 nəfər həyatını itirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır