Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

rkiyə “Fatih” gəmisi ilə Aralıq dənizində qazma işlərinə başla

Türkiyə özünün “Fatih” adlı kəşfiyyat-axtarış qazma gəmisi ilə Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işlərinə başlayır. İşlər Antalya sahilində başlayacaq. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib. O bildirib ki, dənizin dayazsulu hissəsində qazma işləri isə eyni vaxtda, gələn ay Mersin sahilində aparılacaq. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinə məxsus “Fatih” gəmisində sınaq işləri tamamlanıb. Gəmi ötən həftə dənizə yol alıb və hazırda qazma işləri aparacağı sahədədir. Texniki işlər görüləcək. Bu ayın sonunda qazma işlərinə başlanacaq. Antalya sahilində qazma işlərinin aparılacağı sahədə dərinlik təxminən 2000-2500 metrdir. Torpaq qatından 5-6 min metr dərinlikdə qazma işləri aparılacaq. Lazımi hazırlıqlar görülüb. İlk qazmada neft və ya təbii qaz aşkar edəcəyimizi düşünürük. Çünki Aralıq dənizi zəngin karbohidrogen potensialına malikdir”, – deyə nazir əlavə edib. Qeyd edək ki, Türkiyənin istehsal etdiyi “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır