Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

anıstan ərazi sularını genişləndirmək niyyətind

Yunanıstan Xarici İşlər Nazirliyi Prezident Prokopis Pavlopulosun bu ölkənin ərazi sularının genişləndirilməsini nəzərdə tutan sərəncamının qanun layihəsini hazırlayıb. Bunu Yunanıstanın sabiq xarici işlər naziri Nikos Kotzias qurumun işlərinin hazırkı Baş nazir Aleksis Tsiprasa təhvil verilməsi mərasimində söyləyib. O bildirib ki, birinci qanun layihəsi ölkənin şimal adalarına aid olacaq və İonik adalarından başlayaraq Krit adasına kimi davam edəcək. Qeyd edək ki, N.Kotzias öz vəzifəsindən istefa verərək xarici işlər naziri səlahiyyətlərini Baş nazir Aleksis Tsiprasa təhvil verib. Aleksis Tsipras bildirib ki,  Makedoniya ilə ölkənin adı barədə sazişin bağlanmasına özü rəhbərlik edəcək. Baş nazir ölkənin ərazi sularının 6 mildən 12 milədək genişləndirilməsin beynəlxalq hüquqa uyğun olduğunu və prosesin davam edəcəyini diqqətə çatdırıb. Hazırda Yunanıstanın ərazi suları 6, hava məkanı isə 10 mil təşkil edir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır