Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

rkmənistan Xəzər dənizində yeni layihələrin icrasına kökl

Xəzər dənizində yeni layihələrin icra olunması gələcəyə qoyulan investisiyalardır. Bu fikri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nyu-Yorkda, BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı səsləndirib. Türkmənistanın “TDH” informasiya agentliyi xəbər verir ki, ölkə lideri bu il avqustun 12-də Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandıqdan sonra Xəzər regionunun nəqliyyat-tranzit və enerji potensialının icrasında yeni imkanlar açıldığını qeyd edib. Bununla bağlı Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Türkmənistan yeni, kommersiya baxımından əsaslandırılmış, Xəzər dənizində kontinental təhlükəsizliyi möhkəmlətməyə imkan yaradan layihələrin icrasına köklənib və əməkdaşlığa maraq göstərən bütün tərəflərlə bu layihələrin konkret müzakirəsinə hazırdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır