Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Yaponiyanın “Sumitomo Heavy Industries” tərsanəsi artıq gəmi tikintisi sifarişi qəbul etmir

Yaponiyanın “Sumitomo Heavy Industries Marine & Engineering” tərsanəsi artıq yeni gəmilər üçün sifariş qəbul etmir və gəmiqayırma seqmentini tərk etmək niyyətindədir. “Aframax” tankerlərinin tikintisi üzrə ixtisaslaşan gəmiqayırma zavodu əvvəllər qəbul edilmiş bütün sifarişləri yerinə yetirdikdən sonra bu işdən uzaqlaşacaq.

“Seanews.az” xəbər verir ki, Yaponiyanın gəmi inşaatçıları Çin və Koreya tərsanələrinin sərt rəqabəti ilə üzləşiblər.

“Biz polad, material və avadanlıqların qiymətlərinin artması, gəmilərin qiymətlərinin dəyişməsi ilə bağlı problemin həllinə ehtiyac olduğunu proqnozlaşdırırıq. Xarici müəssisələrlə rəqabət davam edir. Biz gəmiqayırma biznesinin gələcəyini ətraflı müzakirə etdik və 2024-cü maliyyə ilindən başlayaraq yeni ticarət gəmisi sifarişlərini artıq qəbul etməməyə qərar verdik”, - şirkətin press-relizində deyilir.

Şirkət əvvəllər tikilmiş gəmilərə xidmət göstərməyə davam edəcək və gəmi təmirinə də diqqət yetirəcək.

Bundan əlavə, “Sumitomo Heavy Industries” dəniz külək generatorları və bərpa olunan enerji mənbələri ilə işləyən gəmilər üçün dayaqların tikintisini inkişaf etdirməyi planlaşdırır.

Qeyd edək ki, “Sumitomo” gəmiqayırma biznesi 1879-cu ildə yaradılıb. 2003-cü ildə “Sumitomo Heavy Industries Marine & Engineering” şirkəti “Sumitomo Heavy Industries”-dən ayrılıb. Ümumilikdə tərsanədə 100-dən çox “Aframax” tankeri tikilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır