Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Ocean Infinity” Argentinanın itmiş sualtı qayığının axtarışlarına başla

ABŞ-ın “Ocean Infinity” kompaniyası Argentina Hərbi Dəniz Qüvvələrinin ötən ilin noyabr ayında itmiş “San Juan” sualtı qayığının axtarışına başlayıb. Axtarışlar Komodoro-Rivadaviya şəhərindən 300 dəniz mili qədər məsafədə aparılır. Axtarış əməliyyatında 60 nəfərdən ibarət komandanın idarə etdiyi və 6 min metr dərinliyə enə bilən 5 müstəqil sualtı aparatdan istifadə olunur. Həmçinin Argentina Hərbi Dəniz Qüvvələrinin 3 zabiti kompaniyanın “Seabed Constructor” gəmisinin göyərtəsindən əməliyyatı müşahidə edəcək. Kompaniya axtarışın bərpa olunması ilə bağlı maliyyə riskini öz üzərinə götürdüyünü və yalnız sualtı qayığı tapdıqları halda mükafat alacağını bildirib. Axtarış əməliyyatının təxminən 6 gün davam edəcəyi gözlənilir. Xatırladaq ki, Argentinanın Uşuaya limanından səfərə çıxan və göyərtəsində 44 ekipaj üzvünün olduğu dizel-elektrik mühərrikli “San Juan” sualtı qayığı ilə əlaqə 2017-ci il noyabrın 15-də kəsilmişdi. Noyabrın 30-da ölkənin Hərbi Dəniz Qüvvələri ekipajin xilas edilməsi üzrə əməliyyatların dayandığını, sualtı qayığın axtarışlarının isə davam etdiyini bildirmişdi. Lakin axtarışlar nəticəsiz qalmış, hökumət bu işdən vaz keçmişdi. Azərtac 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır