• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

: Aralıq dənizində qaçqın ölümü rekord həddə ça

Bu il Aralıq dənizində miqrantların və qaçqınların ölüm sayı rekord həddə çatıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin məruzəsində bildirilir. Məruzədə qeyd olunur ki, Aralıq dənizində itkin düşən və ya ölənlərin sayı 1600 nəfəri ötüb.  Sənədə əsasən 2018-ci ildə Avropaya gələn qaçqınların sayı 42 faiz azalıb. Lakin onlar arasında ölümün səviyyəsi kəskin şəkildə artıb. Ötən il Aralıq dənizində hər 43 qaçqından 1-i ölüb. İndi bu ərazidə hər 18 miqrantdan 1-i ölür. “Bu hesabat bir daha təsdiq edir ki, Aralıq dənizi yolu ən öldürücüdür”, – deyə təşkilatın Avropa bürosunun rəhbəri Paskal Moro BMT-nin hesabatını şərh edib. Aralıq dənizi sahilində yerləşən ölkələr vasitəsilə Avropaya keçmək istəyən qaçqınların sayı 2015-ci ildə, Yaxın Şərqin və Şimali Afrikanın bir sıra ölkələrində münaqişələrin genişlənməsi səbəbindən artıb. İyulda Liviya sahillərində gəmi qəzası nəticəsində 63 nəfər itkin düşüb. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır