Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Çin tərsanələri gəmiqayırma sifarişləri baxımından rəqiblərini qabaqlayırlar

Tələbatın azalması fonunda Cənubi Koreyanın gəmiqayırma şirkətləri 2023-cü ilin sonunadək sifarişlərin həcminə görə dünyada ikinci yeri tutacaqlar.

“Seanews.az” xəbər verir ki, bu barədə “Clarksons Research Service”-in məlumatlarında qeyd olunub.

Cənubi Koreya gəmiqayırma zavodları 2023-cü ilin yanvar-noyabr aylarında cəmi 9,55 milyon kompensasiya olunmuş brüt registr ton (CGT) sifariş alıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% azdır. Eyni zamanda, bu ilin eyni dövrü üçün dünya üzrə sifarişlərin ümumi həcmi 38,03 milyon CGT və ya 1746 gəmi (-21%) təşkil edib.

Çin gəmi inşaatçıları Cənubi Koreyalı rəqiblərini üstələyib, 21,89 milyon CGT (-6%) dəyərində yeni sifarişlər alıblar. İlin ötən dövründə Çinin gəmiqayırma şirkətlərinə Cənubi Koreyanın aldığı 201 gəmi ilə müqayisədə 995 gəmi sifariş edilib.

İlkin məlumatlara görə, Çin tərsanələri 2023-cü ildə yeni beynəlxalq sifarişlərin sayına görə birinci yeri tutacaqlar. Bu, artıq üçüncü dəfə baş verəcək. Cənubi Koreya tərsanələri 2-ci yerə sahib olacaqlar. Sənaye mütəxəssisləri Cənubi Koreyada sifarişlərin azalmasını ölkənin gəmiqayırma biznesinin LNG tankerləri kimi müasir, texnoloji cəhətdən təkmil və ekoloji cəhətdən təmiz gəmilər üçün müqavilələrə diqqət yetirməsi ilə əlaqələndirirlər.

Cənubi Koreyanın aparıcı gəmiqayırma zavodu “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) 2023-cü ildə 15,74 milyard dollarlıq illik sifariş planını 136%, “Samsung Heavy Industries” 69%, “Hanwha Ocean” (keçmiş “DSME”) 43% yerinə yetirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır