Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

tivalın keçirildiyi sahilboyu platforma dağıldı, insanlar xəsarət a

“O Marisquiño” festivalı çərçivəsində İspaniyanın Viqo limanında keçirilən konsert zamanı taxta platformanın dağılması nəticəsində 316 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Tamaşaçıların əksəriyyəti kəllə-beyin və sınıq xəsarətləri alıblar. Hadisə reper Relsin çıxışı zamanı baş verib. Taxta döşəmənin uçması nəticəsində konstruksiya dağılıb, onlarca insan yüksəklikdən yıxılıb, bəziləri isə suya düşüblər. Adamlar arasında çaxnaşma yaranıb. Onlar təlaş içində qaçan zaman əşyalarını itiriblər. Bu hadisədən bir həftə əvvəl Viqo şəhər administrasiyasının müşaviri Elena Munos özünün “Twitter” səhifəsində platformanın pis vəziyyətdə olması, bunun festival iştirakçılarına və tamaşaçılara təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmişdi. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır