

Nigeriyada qayıq aşıb, 15 nəfər ölüb
Nigeriyanın Taraba əyalətində, Benue çayında qayıq aşıb.
APA xəbər verir ki, bu barədə "Daily Trust" məlumat yayıb.
Bildirilib ki, Mayorenero bölgəsindəki balıq bazarından Taraba əyalətinə qayıdan 100-dən çox sərnişini daşıyan qayıq aşıb.
Qayığın batması nəticəsində 15 nəfər həyatını itirib. Ölənlərin sayının artacağı ehtimal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır