• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

donanması sualtı minalara qarşı yeni sistemi sınaqdan keç

ABŞ donanması artıq düşmənin okean dibindəki dəniz minalarına hücum etmək üçün sonar və video ilə idarəolunan sualtı döyüş başlıqlarından istifadə edə biləcək. Bu barədə ABŞ donanmasının Dəniz Sistemləri Komandanlığının mətbuat katibi Alan Baribo bildirib. Onun sözlərinə görə, Havadan Mina Zərərsizləşdirmə Sistemi adlanan yeni texnologiya sualtı gəmilər və səth gəmilərinin müdafiəsini gücləndirməklə yanaşı, dənizdə döyüş əməliyyatlar üçün yeni imkanlar təmin edəcək. Yeni texnologiya hazırda donanma tərəfindən həyata keçirilən sınaqlar və döyüş üslublu ssenarilərlə dəyərləndirilir. Onun ilkin olaraq sahil döyüş gəmilərində, daha sonra isə səth gəmilərində istifadəsi planlaşdırılır. Qeyd edək ki, ABŞ Milli Tədqiqat Şurası və Dəniz Araşdırmalar İdarəsinin 2001-ci ildə hazırladığı birgə strategiyada dəniz minalarına qarşı müdafiənin gücləndirilməsi müasir dövrün əsas tapşırıqlarından biri kimi göstərilib. Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır