

Mərmərə dənizində iki yük gəmisi toqquşub
Ukraynanın İzmail limanından Valensiyaya üzən və anbarlarında buğda olan 122 metrlik “HAJE HALIMEH” gəmisi Mərmərə dənizində Mərmərə adası yaxınlığında 169 metr uzunluğunda “ASOMATOS” yük gəmisi ilə toqquşub.
“Seanews.az” xəbər verir ki, sonuncu Rusiya Federasiyasının Qafqaz limanından İsrailin Aşdod limanına taxıl aparırmış.
Bu barədə “RİA Novosti”-yə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindəki mənbə bildirib.
Birinci gəmi Komor bayrağı altında, ikinci gəmi Panama bayrağı altında səfər edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır