

Quru yük gəmisinin heyət üzvü Volqa çayında batıb
Samara yük limanının körpüsündə yük əməliyyatına dayanan “Qaynı” quru yük gəmisinin heyət üzvü gecə növbəsi zamanı yoxa çıxıb.
“Seanews.az” xəbər verir ki, Samara vilayətinin Xüsusi Təyinatlı Axtarış-Xilasetmə Qrupunun dalğıcları limanın sularında axtarışlara başlayıb.
İtkin düşmüş şəxsin cəsədi gəminin arxa hissəsində 4 metr dərinlikdə və axın istiqamətində 40 metr aralıda tapılıb. O, sahilə çıxarılaraq polisə təhvil verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır