Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-02,
Seanews
Heyder Eliyev

“COSCO” 3 milyon TEU donanmaya sahiblərin klubuna qoşulmağa hazırlaşır

Növbəti konteyner gəmisini təhvil aldıqdan sonra “COSCO” gəmiçilik şirkəti donanma tutumu 3 milyon TEU-dan çox olan və yalnız üç şirkətin nüfuzlu qlobal klubuna qoşula biləcək.

“Seanews.az” xəbər verir ki, dövlətə məxsus olan Çin nəhənginin 3 milyon TEU klubuna qoşulmasına cəmi 2000 TEU çatmır. Bu boşluq aradan qaldırıldıqdan sonra “COSCO” 3 milyon TEU-dan çox donanmaya sahib olan “Mediterranean Shipping Co” (”MSC”), “Maersk” və “CMA CGM”-yə qoşulacaq.

Qeyd edək ki, daşıyıcı reytinqinin başında 5,36 milyon TEU ilə “MSC” şirkəti qərarlaşıb. İkinci yerdə “Maersk” gəlir, “CMA CGM” üçüncü yerdədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır