Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-02,
Seanews
Heyder Eliyev

“Maersk”-in törəmə şirkəti və Misir səlahiyyətliləri “yaşıl” metanol istehsalına dair razılığa gəliblər

Misir və Danimarkanın “Maersk” qrupunun “C2X” şirkəti Süveyş Kanalı Xüsusi İqtisadi Zonasında ekoloji cəhətdən təmiz yanacaq və onların törəmələrinin istehsalı üçün 3 milyard dollar dəyərində yeni çərçivə sazişi imzalayıblar.

“Seanews.az” xəbər verir ki, bu barədə Misir hakimiyyətinin bəyanatında bildirilir.

2023-cü ilin sentyabrında Danimarkanın gəmiçilik və logistika şirkəti “Maersk”, əsas səhmdarı “A.P. Moller Holdinq” bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisindən istifadə etməklə metanolun istehsalı üzrə irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yeni “C2X” şirkəti yaratmaq qərarına gəldi. “Yaşıl” metanolun istehsalının Süveyş kanalı və İspaniyanın Huelva limanı yaxınlığında, eləcə də digər obyektlərdə yerləşdirilməsi gözlənilir.

“PortNews” xəbər verir ki, 2023-cü ilin yayında “Maersk” “yaşıl” metanolla işləyən dünyanın ilk konteyner gəmisini (tutum 2,1 min TEU) istismara qəbul edib. Bu gəmidən əlavə, 2024-2027-ci illərdə “Maersk”-in sifarişi ilə tutumu 9 mindən 17,2 min TEU-ya qədər olan daha 24 konteyner gəmisinin inşa ediləcəyi və 2030-cu ilə qədər onlar üçün təxminən 5 milyon ton ekoloji təmiz gəmi yanacağının tələb olunacağı gözlənilir. Bu gün dünyada “yaşıl” metanol istehsalı 100 min tondan azdır.

“A.P. Moller‒Maersk” 130-dan çox ölkədə fəaliyyət göstərən ən böyük beynəlxalq şirkətlər qrupudur. İşçilərinin sayı təxminən 105 min nəfər olan qrupa ən böyük xətti konteyner daşıyıcısı “Maersk Line” daxildir. Qrup müxtəlif biznes seqmentlərində - konteyner daşımaları, logistika, neft və qaz sənayesində fəaliyyət göstərir.

 “Maersk” hazırda 700-dən çox gəmini idarə edir, onlardan təxminən 300-ü şirkətə məxsusdur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır