

Baryerə görə Filippin gəmiləri müvafiq akvatoriyaya daxil ola bilmir
Filippin Cənubi Çin dənizində mübahisəli suların sərhədi boyunca üzən sədd qurmaqla bağlı Çinin hərəkətlərinə sərt etirazını bildirib.
“Seanews.az” xəbər verir ki, baryerə görə Filippin gəmiləri müvafiq akvatoriyaya keçə və balıq ovu ilə məşğul ola bilmir. Bildirilir ki, filippinlilər maneəni aradan qaldırmağa başlayıblar.
Xatırladaq ki, 2023-cü il avqustun 28-də Çin “standart xəritəsi”nin 2023-cü il buraxılışını dərc etmişdi ki, bu da ölkənin xəritələrdə çəkilmiş doqquz nöqtəli xəttin içərisində olan Cənubi Çin dənizinin əhəmiyyətli bir hissəsinə dair iddialarını ehtiva edir. Vyetnam, Filippin, Malayziya və Bruney də Cənubi Çin dənizinin ərazilərinə iddialıdır. Hindistan Çinə qarşı kəskin etirazını bildirərək, Hindistan ərazisinə iddia etmək üçün əsaslarının olmadığını bildirib.