Konteyner gəmisinin səfəri yarımçıq qalıb
“A.P. Moller-Maersk” qrupunun konteyner gəmisi daşınan konteynerlərdən birində yanğın baş verdikdən sonra Egey dənizi üzərindən səfərini dayandırıb.
“Seanews.az” xəbər verir ki, insident oktyabrın 2-də 4,258 TEU tutumlu “Luna Maersk” konteyner gəmisi Pirey limanından Salonikiyə gedərkən və Egey dənizindəki Kea adasından 23,2 km şimalda olarkən baş verib.
Heyət konteynerin xarici divarlarını donduraraq yanğının yaxınlıqdakı konteynerlərə keçməsinin qarşısını ala bilib. Sahil mühafizəsi vəziyyətin nəzarət altında olduğunu, lakin gəminin geri dönərək Pireyə doğru getdiyini bildirib.
2002-ci il istehsalı olan “Luna Maersk” Honkonq bayrağı altında qeydiyyatdan keçib və “Britannia P&I” tərəfindən sığortalanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır