

Primoryedə gəmidən yıxılan kapitan dünyasını dəyişib
Primorsk diyarında “Nevod” şirkətinin (“Triera-M” şirkətlər qrupuna daxildir, Vladivostok) gəmisinin kapitanı naməlum səbəbdən gəmidən dənizə düşüb və dünyasını dəyişib.
Bu barədə vilayətin Həmkarlar İttifaqları Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
“İstehsalatda ağır bədbəxt hadisə ilə bağlı məlumat daxil olub. “Nevod” şirkətinə məxsus gəminin 55 yaşlı kapitanı naməlum səbəbdən dənizə yıxılaraq dünyasını dəyişib”, - məlumatda deyilir.
Primorye həmkarlar ittifaqlarının nümayəndələri bədbəxt hadisənin araşdırılmasında iştirak edirlər.
Qeyd edilir ki, 2012-ci ildə təsis edilən şirkət balıq ovu və emalı ilə məşğul olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır