Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

“Pan Ocean” gəmiləri təcili satır

Cənubi Koreyanın “Pan Ocean” daşıyıcısı ana şirkəti olan “Harim Group”-a başqa bir Koreya daşıyıcısı olan “HMM”-i alması üçün gəmi satır.

“Seanews” xəbər verir ki, bu il “Pan Ocean” artıq ümumilikdə 132 milyon dollar dəyərində 10 gəmi (6 kimyəvi tanker və 4 balker) satıb.

Bu ay şirkət 2008-ci ildə inşa edilmiş 46,2 min ton dedveytli ərzaq məhsulları daşıyan “Grand Ace 8” tankerini Hindistanın “Great Eastern Shipping” şirkətinə 23,8 milyon dollara satıb.

“Pan Ocean” hazırda daha 3-4 gəmi satır. Bunlar uzunmüddətli müqavilələrlə bağlı olmayan quru yük gəmiləri və tankerlərdir.

Xüsusilə ikinci raundun iştirakçısı olmaq üçün quşçuluq şirkəti “Harim Group” özəl investor “Partners” ilə birləşdi. Şirkət bu addımın Koreya İnkişaf Bankına və Koreya Dəniz Gəmiçiliyinə Dəstək Korporasiyasına məxsus “HMM” səhmlərinin 57,87%-ni almağa kömək edəcəyini düşünür.

“HMM”-də dövlət payının alınması üzrə əməliyyatın dəyərinin təxminən 3,5 milyard dollar olacağı gözlənilir. Ehtimala görə, “Harim Qrup” öz vəsaitlərini yatırmaqla yanaşı,  1,4 milyard dollara yaxın vəsait cəlb edəcək.

“Harim Group” və “JKL” tandemindən əlavə, “HMM”-nin satın alınması üçün tenderin qısa siyahısına Koreyanın “Dongwon” balıqçılıq şirkəti və “LX International” logistika operatoru da daxil idi.

“Pan Ocean”ın vəsaitləri, borclar da daxil olmaqla, iyunun sonunda 560,8 milyon dollar təşkil edib. Şirkət gəmilərin satışından təxminən 39 milyon dollar alacağını gözləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır