Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-02,
Seanews
Heyder Eliyev

Qazaxıstan və Çin dəniz logistikası sahəsində əməkdaşlığı müzakirə ediblər

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Çinə işgüzar səfəri çərçivəsində nəqliyyat və logistika müəssisələrinin rəhbərliyi və Sindao liman şəhərinin administrasiyası ilə bir sıra görüşlər keçirib.

“Seanews.az” xəbər verir ki, o, Şandun əyalətinin Sindao şəhərinin Xalq Konqresinin rəhbəri ilə görüşüb və Şandun liman qrupunun (“Shandong port group”, “SPG”) avtomatlaşdırılmış konteyner terminalına baş çəkib.

Qazaxıstan Respublikasının nəqliyyat naziri və “SPG” nümayəndələri Aktauda logistika ticarət qovşağının və gəmiqayırma zavodunun tikintisi, TMTM-in genişləndirilməsi, liman logistika resurslarının inteqrasiyası kimi potensial birgə investisiya layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Marat Karabayev həmçinin “GA COSCO” konteyner terminalına baş çəkib və yüklərin dəniz idxalı və ixracı daşımaları, eləcə də beynəlxalq inteqrasiya olunmuş konteyner logistikası ilə məşğul olan Çin-Sinqapur birgə müəssisəsinin baş direktoru ilə danışıqlar aparıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır