Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-12-02,
Seanews
Heyder Eliyev

Valensiya limanını ziyarət edən turistlərin sayı artıb

Aralıq dənizinin ən böyük limanlarından biri olan Valensiya limanının terminallarında avqustda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,95% artımla 7,86 milyon ton quru və maye yük aşırılıb. Quru yüklərin aşırılmasında (+ 56,2%) əhəmiyyətli artım qeydə alınıb, maye yüklərin aşırılması isə əksinə, 18,23% azalıb.

“Seanews.az” xəbər verir ki, cari ilin səkkiz ayının yekunlarına əsasən, yük dövriyyəsində 7,98 faiz, konteyner dövriyyəsində isə 10,58 faiz azalma qeydə alınıb.

Hesabat ayında Ro-Ro yüklərinin aşırılması artıb. Avqustda bu seqmentdə artım 40,39 min ədəd texnikaya çataraq 12,21% təşkil edib. Yanvar-avqust aylarında Valensiya və Saqunto terminallarında 425,1 min avtomobil işlənib ki, bu da ötən illə müqayisədə 10,54% çoxdur.

Bu ilin səkkiz ayı ərzində Valensiya limanını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33,87% çox turist ziyarət edib. Sərnişinlərin ümumi sayı (kruiz və müntəzəm səfərlərdə) ilin əvvəlindən 14,38% artıb. 472 min insan kruiz marşrutları ilə, 556,2 min nəfər isə müntəzəm xətlərlə Balear adaları və Əlcəzairə daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır