

Hamina-Kotka limanında 9,85 milyon ton yük aşırılıb
2023-cü ilin yanvar-avqust aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1% azalaraq 9,85 milyon tona düşüb.
"Seanews.az", xəbər verir ki, ixrac yüklərinin aşırılması 10,2% azalaraq 6,4 milyon tona düşüb. 1,8 milyon ton (+22,9%) toplu yüklər, 242,3 min ton (az qala 5,5 dəfə azalma) maye yüklər aşırılıb.
İdxal edilən yüklərin aşırılması 22,6% artaraq 3,4 milyon tona çatıb. O cümlədən ağac emalı 1,73 milyon ton (artım 1,7 dəfə), toplu yüklər 240 min ton (-18%), maye yüklər 671,8 min ton (+9%), ümumi yüklər 486 min ton (-11,9%) təşkil edib.
Tranzit aşırmalar 2,2 milyon ton (10,4% az) olub. Ölkədaxili yükaşırmalar 64,6% azalaraq 169,7 min tona düşüb.
Limanın konteyner dövriyyəsi hesabat dövründə 405,65 min TEU olub ki, bu da 0,6% az deməkdir.
Hamina-Kotka limanına 1579 gəmi (2,1% az) yan alıb.