Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-07,
Seanews
Heyder Eliyev

İkinci rübdə Gürcüstanın liman və terminallarına 4021 gəmi yan alıb

Gürcüstanın liman və terminallarında 2023-cü ilin ikinci rübündə 3,5 milyon tondan çox yük aşırılıb. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,2% azdır.

"Seanews.az" xəbər verir ki, bu barədə Gürcüstanın “Sakstat” Milli Statistika Xidməti məlumat yayıb.

Aşırılan yüklərin 48,6%-ni ümumi yüklər, 32%-ni maye yüklər, 19,4%-ni isə toplu yüklər təşkil edib.

Ümumilikdə, 2023-cü ilin ikinci rübündə Gürcüstanın liman və terminallarına 4021 gəmi yan alıb ki, bunun da 31,8%-i ümumi yük gəmiləri, 30,1%-i konteynerdaşıyanlar, 29,9%-i tankerlər, 8,2%-i isə toplu, ixtisaslaşdırılmış və yedək gəmilər olub.

Bundan başqa, bu dövr ərzində Gürcüstanın limanları 1,3 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır. Gələn sərnişinlərin xüsusi çəkisi gedən sərnişinlərin sayını bir qədər üstələyir və 52,6 faiz təşkil edir.

Hazırda Gürcüstanda iki liman fəaliyyət göstərir: Batumi və Poti. Əsas yük axını Potidən keçir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır