Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

“Mahendragiri” adlı yeddinci freqat suya buraxılıb

Hindistan Hərbi Dəniz Qüvvələri üçün 17A layihəli gəmilərin sonuncusu olan “Mahendragiri” adlı yeddinci freqatı Mumbayda “Mazagon Dock Shipbuilders Limited” gəmiqayırma zavodunda suya buraxılıb.

"Seanews.az" xəbər verir ki, “Nilgiri” sinifli freqatın yükgötürmə qabiliyyəti 6670 ton, uzunluğu 149 metr, eni 17,8 metr, suyaoturumu 5,22 metrdir.

TASS xəbər verir ki, heyəti 226 nəfər nəzərdə tutulan belə gəminin maksimal sürəti 28 düyündür (52 km/saat).

Xatırladaq ki, bu ilin aprelində Hindistan Müdafiə Nazirliyi yerli gəmiqayırma zavodları ilə ölkənin Hərbi Dəniz Qüvvələri üçün 11 yeni nəsil patrul gəmisinin və altı yeni nəsil raket gəmisinin tikintisi üçün müqavilələr imzalayıb.

Mart ayında isə Kattupallidəki “L&T” gəmiqayırma zavodunda Hindistan Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş “Samarthak” və “Utkarsh” adlı iki MPV sinifli çoxməqsədli gəminin təməlini qoyulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır