

Konteyner axınının 50%-dən çoxunun keçdiyi Göteborq limanında yanvar-iyunda 446 000 TEU işlənib
Konteyner axınının 50%-dən çoxunun keçdiyi İsveçin Göteborq limanında 2023-cü ilin yanvar-iyun aylarında 446 000 TEU işlənib ki, bu da 2022-ci ilin birinci yarısı ilə müqayisədə 3% çoxdur.
“Seanews.az”-ın məlumatına görə, yüklərin böyük hissəsi “APM Terminals” konteyner terminalında aşırılıb.
Limanda idxal olunan avtomobillərin işlənməsi ilin 12% azalaraq 137 min ədədə düşüb. İdxal azaldığından Ro-Ro seqmentində də aşırılma 6% azalaraq 277 min ədəd olub.
Hesabat dövründə quru və toplu yüklərin seqmentində aşırmaların həcmi 5% artaraq 199 min tona çatıb. Artım ağac sənayesi məhsulları və tikinti materialları ixracının artması ilə izah olunur.
Limanda maye yüklərin aşırılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% azalaraq 9 milyon tona enib. Maye yüklərin həcminin azalmasına investisiyaların dayandırılması və neft emalı zavodlarının saxlanması, eləcə də enerji anbarları bazarındakı əlverişsiz vəziyyət təsir edib.
Göteborq limanı ildə 11 000 gəmi yanalmaları ilə Skandinaviya regionunun ən böyük limanıdır. Limanda İsveçin xarici ticarət yüklərinin 30%, eləcə də bütün konteyner yüklərinin 60%-i işlənir. Limanda neft məhsullarının, avtomobillərin aşırılması üçün terminallar, Ro-Ro və konteyner, yük və sərnişin terminalları var. Göteborq beynəlxalq okean xətlərində işləyən dünyanın ən böyük konteyner gəmilərini idarə edə bilən yeganə İsveç limanıdır.