Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

"SM Jeju LNG 2” bunkerinin avtonom üzgüçülüyü üçün rəsmi icazə alınıb

“SM Korealine”-nin (“SM Group”-a daxildir) törəmə şirkəti olan “Korealine LNG”, özünün bayraq dövləti olan Panamadan “SM Jeju LNG 2” bunkerinin avtonom üzgüçülüyü üçün rəsmi icazə alıb.

“Offshore Energy”-nin məlumatına görə, "SM Jeju LNG 2" gəmisi 2020-ci ildə inşa edilib. Gəminin uzunluğu 97 metr, dedveyti 5,7 min ton, tutumu 7,7 min kubmetrdir.

Bunkerin təchiz olunduğu avtonom naviqasiya sistemi “Samsung Heavy Industries” (“SHI”) tərəfindən hazırlanıb.

“SHI” iki ay əvvəl bir konteyner gəmisində öz sistemindən istifadə edərək nümayiş səfəri həyata keçirib və bunu dünyada ilk adlandırıb.  Səfər Cənubi Çin dənizində Cənubi Koreya və Tayvan arasında baş tutub. Məqsədli şəkildə hərəkətin sıx olduğu marşrut seçilib. Şirkətdə vurğulayıblar ki, avtonom naviqasiya sisteminin seçdiyi marşrut təcrübəli naviqatorların çəkdiyi kursla 90%-dən çox üst-üstə düşür.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır