Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” şirkəti tenderin qalibi olacağı təqdirdə konteyner xətlərinin reytinqində “ONE” və “Evergreen”-i arxada qoya bilər

Cənubi Koreyanın konteyner daşıyıcısı “HMM”-nin minoritar səhmdarları milli sənaye ictimaiyyətinin etirazına baxmayaraq, “HMM”-dəki dövlət payını satmaq üçün yeganə xarici iddiaçıya üstünlük verirlər.

“Seanews.az” xəbər verir ki, “HMM”-nin satışı üzrə tenderdə iştirak etmək üçün 4 şirkət müraciət edib – “Hapag-Lloyd”, Koreyanın “Pan Ocean” xəttinə nəzarət edən “Harim Group”, həmçinin “LX Holdings” və “Dongwon Group”.

Koreya İnkişaf Bankı (KDB) avqustun sonunda tenderin ikinci turu üçün iddiaçıları seçəcəyini söyləyib. Bundan sonra hərtərəfli araşdırma aparılacaq. Üstünlük veriləcək alıcı noyabrın əvvəlində müəyyən olunacaq”, – “Splash” yazır.

Koreya xəttində 57,87% payın satışının dövlət kreditorlarına təxminən 4,5 milyard dollar gətirəcəyi gözlənilir.

Nəşrin yazdığına görə, Koreya sənaye ictimaiyyətinin əksəriyyəti “Hapag-Lloyd”-un “HMM”-ə nəzarət etməsinə qarşı olsa da, minoritar səhmdarlar bu qərarın tərəfdarıdırlar.

Minoritar Səhmdarlar Alyansının rəhbəri Honq Yi Pyo yerli mediaya bildirib ki, "Alyans “Hapag-Lloyd” şirkətinə dividend ödəmə nisbətləri və biznes sinerji effektləri əsasında “HMM”-in korporativ dəyərini artıra biləcək namizəd kimi baxır".

Öz növbəsində, “Sea-Intelligence” analitikləri qeyd edirlər ki, “HMM” satışı ilə bağlı vəziyyət koreyalılar üçün spesifik problem olsa da, pandemiya zamanı milli yanaşma həqiqətən də əhəmiyyətli aktuallıq qazanıb və siyasətçilər arasında strateji əhəmiyyətli infrastrukturu xarici şirkətin nəzarəti altına verməyin ağılsızlıq olduğu fikrini gücləndirib.

Qeyd edək ki, “Hapag-Lloyd” şirkəti tenderin qalibi olacağı təqdirdə konteyner xətlərinin reytinqində “ONE” və “Evergreen”-i keçə bilər və onun ümumi yükgötürmə qabiliyyəti demək olar ki, “COSCO”-nun gücünə bərabər olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır