Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Nə gəmi sahibləri, nə də gəmiqayırma müəssisələri VLCC tankerlərinin inşasında maraqlıdır

VLCC tankerlərinin dünya donanması yaşlanır.

“Seanews.az” xəbər verir ki, bu tip gəmilər üçün yeni sifarişlər mövcud tanker donanmasının yalnız 1,5%-ni təşkil edir. VLCC tankerlərinin tikintisini indi sifariş etsəniz belə, problem həll olunmayacaq, çünki yeni tikilmiş gəmilər yalnız 2026-cı ildə istifadəyə veriləcək.

Yaşı 20 ildən çox olan VLCC gəmiləri tanker donanmasının 12%-ni təşkil edir. Bu, 108 gəmi deməkdir.

Köhnə “Suezmax” tankerlərinin payı 14%-ə (və ya 85 gəmi) çatır, lakin bu ölçülü tankerlər üçün sifarişlər mövcud donanmanın 4,5%-i qədərdir.

“Narahat edən VLCC və “Suezmax” üçün sifarişlərin olmamasıdır. 20 yaşdan yuxarı tankerlərin indiyə qədər qeydə alındığı ən yüksək faiz nisbətinə sahibik”, - Frontline” şirkətinin baş direktoru Lars Barstad bildirib.

“Hətta siz tankerləri indi sifariş etsəniz belə, onlar yalnız üç ildən sonra istismara veriləcək. Bu isə ümumi gözləntilərə cavab vermir, çünki yaxın 3-4 ildə neftə tələbat sabit qalacaq”, - deyə  L. Barstad əlavə edib

Baş direktor vurğulayıb ki, nə gəmi sahibləri, nə də tərsanələr yeni VLCC tankerlərinin inşasında maraqlıdır.

Dünyada ticarət gəmiləri tikən 150-200 gəmiqayırma zavodundan 100-ü yük daşıyıcıları, 80-dən çoxu konteyner gəmiləri inşa edir və hazırda yalnız 13 gəmiqayırma zavodunda tanker sifarişi var.

“Bu, struktur problemidir, çünki Koreya tərsanələri VLCC tankerlərinin tikintisində iştirak etmir, lakin sifariş kitabçalarını iri tonajlı konteyner gəmiləri və LNG ilə işləyən gəmilərlə doldurur”, - “Frontline” rəhbəri bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır