Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

“DP World” illik layihə gücü 2,19 milyon TEU olan ən böyük konteyner terminalı ilə bağlı Dindayal liman idarəsi ilə müqavilə bağlayıb

Beynəlxalq liman operatoru “DP World” (Dubay, BƏƏ) Kandlada (Qucarat əyaləti, Hindistanın qərb sahili) illik layihə gücü 2,19 milyon TEU olan yeni ən böyük konteyner terminalının layihəsinin inkişafı, istismarı və texniki xidməti üçün Hindistanın Dindayal liman idarəsi ilə konsessiya müqaviləsi imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, terminal avtomobil, dəmir yolları şəbəkəsi və xüsusi nəqliyyat dəhlizləri vasitəsilə yükləri Şimal, Qərbi və Mərkəzi Hindistana çatdırmaq istəyən regional şirkətlərə dünya bazarlarına çıxış imkanı verəcək.

2023-cü ilin yanvarında Dindayal liman idarəsi Hindistan hökuməti tərəfindən dəstəklənən “DP World” və Milli İnvestisiya və İnfrastruktur Fondunun birgə müəssisə olan “Hindustan Infralog Private Limited”-ə konteyner terminalının tikintisi üçün konsessiya verdi. O, 30 il müddətinə “tikmək-işlətmək-ötürmək” şərtləri ilə müqavilənin daha 20 il müddətinə uzadılması imkanı ilə bağlanıb.

Mövcud Dendayal limanının yanında Tuna Tekrada konteyner terminalının tikintisi layihəsi “DP World”-ə təxminən 510 milyon dollara başa gələcək və dövlət-özəl tərəfdaşlıq yolu ilə həyata keçiriləcək.

Tikinti qrafikinə əsasən, obyekt 2027-ci ildə istifadəyə verilməlidir. O, ən müasir avadanlıq və 1,1 km uzunluğunda yanalma körpüsü ilə təchiz olunacaq.

Terminal tutumu 18 000 TEU-dan çox olan konteyner gəmilərinə xidmət göstərə biləcək. Müqavilənin şərtlərinə əsasən, gələcəkdə körpü 1,375 metrə qədər artırıla bilər.

Hazırda “DP World” Hindistanda təxminən 6 milyon TEU yük dövriyyəsi ilə beş konteyner terminalını - Mumbayda iki terminal, Mundra, Koçin və Çennayın hər birində bir terminalı idarə edir. Tuna Tekra istismara verildikdən sonra “DP World” Hindistan terminallarının ümumi konteyner ötürmə qabiliyyəti 8,19 milyon TEU-ya çatacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır