Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Yaponiyanın Ekologiya Nazirliyi Fukusima sahillərində dəniz suyunun radiasiya səviyyəsini yoxlayacaq

Yaponiyanın Ətraf Mühit Nazirliyi Fukusima prefekturasının sahilindən götürülmüş dəniz suyu nümunələrində radiasiya səviyyəsini yoxlayacaq. Bu, cümə axşamı “Fukusima day-iti” atom elektrik stansiyasından təmizlənmiş suyun okeana axıdılmasının başlamasından sonra baş verir.

AZƏRTAC xəbər verir ki, cümə günü nazirlik 11 məntəqədən su nümunələri toplayacaq, onlardan ən azı biri AES-dən suyun axıdıldığı ərazidən təxminən 40 kilometr aralıda yerləşir. Tədqiqat obyekti hər bir nümunədə tritium da daxil olmaqla, radioaktiv maddələrin konsentrasiyasını müəyyən edəcək. 

Hər il nazirlik Fukusima sahillərində dəniz suyunun radiasiya səviyyəsini müəyyən etmək üçün dörd dəfə monitorinq keçirir. O, yoxlamaların tezliyini həftədə birə qədər artıracaq və nəticələri öz saytında və sosial mediada yerləşdirəcək.

Ətraf mühit naziri Nişimura Akihiro bu qurumun nüfuzuna zərər gəlməsinin qarşısını almaq üçün nazirliyin suyun axıdılması prosesində yüksək dərəcədə obyektivlik, şəffaflıq və diqqətlə nəzarət edəcəyini söyləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır