

Dünya tərsanələrinə verilən bütün sifarişlərin 50%-i Cənubi Koreyanın payına düşüb
2023-cü ilin birinci yarısında Cənubi Koreya gəmiqayırma müəssisələrinə verilən yeni sifarişlər keçən ilin eyni dövrü ilə (8,24 milyard dollar) müqayisədə 11,9% artaraq 9,29 milyard dollara çatıb.
"Seanews.az" xəbər verir ki, ilin birinci yarısında dünya üzrə verilən sifarişlərin 29%-i Cənubi Koreyanın payına düşüb. Bu, Çindən sonra ikinci yerdə olmaq deməkdir.
Artım ekoloji cəhətdən təmiz və bahalı gəmilərə yüksək tələbatla əlaqələndirilir. Beləliklə, ilin birinci yarısında LNG, LPG, metanol və ya akkumulyatorlarla işləyən gəmilər üçün dünya tərsanələrinə verilən bütün sifarişlərin 50%-i Cənubi Koreyanın payına düşüb.
Ölkənin sənaye nazirliyinin məlumatına görə, Cənubi Koreya gəmi istehsalçıları həmçinin qazdaşıycı tikintisi üzrə ümumi sifarişlərin 87%-ni əldə edərək bu sahədə lider kimi üstünlüyə malik olublar.