Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

ABŞ gəmilərin hərəkətini izləmək niyyətindədir

ABŞ xəzinədarlığının bir hissəsi olan Xarici Aktivlərə Nəzarət İdarəsi dünyada gəmilərin hərəkəti və limanlara daxil olması qeydiyyatı haqqında "qlobal dəniz məlumatı" təmin edəcək podratçı ilə müqavilə bağlamağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, müqavilə gəmilərin hərəkəti və liman məlumatları ilə bağlı veb-resursa abunə olunmasını nəzərdə tutur.

Müəlliflərin fikrincə, bu, ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və ya iqtisadiyyatına “təhdidləri” müəyyən etməyə, habelə ölkənin sanksiyalar siyasətini koordinasiya etməyə imkan verəcək.

Sənəddə deyilir: "Bu xidmətlər Xarici Aktivlərə Nəzarət İdarəsinə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun iqtisadi və ticarət sanksiyalarının tətbiqi missiyasını yerinə yetirməkdə kömək etmək üçün vacibdir".

Müqavilənin bir hissəsi kimi, podratçı Yaxın Şərq, Afrika, Şərqi Avropa, Karib dənizi və Latın Amerikası, Uzaq Şərq və Cənub-Şərqi Asiya da daxil olmaqla əksər ölkə və regionlarda “qlobal əhatə dairəsini” təmin etməlidir.

Amerikalı mütəxəssislər "qlobal dəniz informasiyası sahəsində təvrübəli lider" ilə müqavilə bağlamaq niyyətindədirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır