

“Newnew Shipping Line” daha iki konteyner gəmisi alıb
Çinin “Torgmoll” logistika qrupuna daxil olan “Newnew Shipping Line” gəmiçilik şirkəti Rusiya marşrutlarına xidmət göstərmək üçün daha iki konteyner gəmisi alıb.
“Seanews.az” xəbər verir ki, “Newnew Shipping Line”-in donanmasına 2007-ci ildə inşa edilmiş 4,4 min TEU tutumlu “TS Kelang” və 2007-ci ildə inşa edilmiş və 3,7 min TEU tutumlu “Northern Defender” konteyner gəmiləri qoşulub.
Daşıyıcı gəmiləri müvafiq olaraq 20,8 milyon və 17 milyona alıb.
Konteyner gəmiləri Sankt-Peterburqa yan almaqla Çin - Rusiyanın Baltik hövzəsi marşrutu ilə hərəkət edəcək.
“Newnew Shipping Line”-in donanmasında hazırda 11 konteyner gəmisi var.
Çin xətti “Hainan Yangpu Newnew Shipping Co”, yük agenti “Torgmoll” və “Global Ports” qrupu ilə əməkdaşlıq edərək, 2023-cü ilin mart ayından etibarən Rusiyanın Baltik hövzəsi ilə Çin limanları arasında birbaşa müntəzəm konteyner daşımaları həyata keçirir.
Xatırladaq ki, aşağı yükdaşıma tariflərinə baxmayaraq, Çin və Koreya daşıyıcıları Rusiya bazarını tərk etmirlər. Məsələn, “Hebei Port Group” iyunun sonunda Yantai, Sindao və Taysan şəhərlərinə müntəzəm səfərlərlə Vladivostok və Vostoçnıya xidmətə başlayıb. Əvvəllər Hunandan Rusiyaya dəmir yolu ilə daşımalarda ixtisaslaşmış Çinin “Yue Yang Russia Speed Navigation International Logistics” şirkəti iyul ayında Hunan - Slavyankaya xəttini işə saldı.
Avqustun əvvəlində Dubayda yerləşən “CStar Line” adlı yeni konteyner xətti Çin, Cənubi Koreya, Türkiyə, İsrail və Misirdən Rusiya limanlarına - Sankt-Peterburq, Kalininqrad, Vostoçnı və Novorossiyskə bir neçə səfər həyata keçirib. Şirkətin baş direktoru əvvəllər “Maersk Line”-in Rusiya ofisinə, eləcə də xəttin Şərqi Avropa klasterinə rəhbərlik etmiş Jolt Katonadır.