

Port Səid limanında konteyner gəmisinin "yaşıl" metanolla uğurlu sınaq bunkeri həyata keçirilib
Misirin Port Səid limanında “Maersk Line” konteyner gəmisinin "yaşıl" metanolla uğurlu sınaq bunkeri həyata keçirilib.
“Seanews.az” xəbər verir ki, əməliyyat təxminən altı saat çəkib.
Belə yanacaqla bunkerləmə təkcə Misirdə deyil, Afrikada, eləcə də Yaxın Şərqdə ilk idi. Ehtimal olunur ki, alternativ yanacağın, o cümlədən metanolun Misir üçün əlçatanlığı Misirə bunker bazarında öz mövqeyini möhkəmləndirməyə və ölkənin dəniz limanlarının Qırmızı və Aralıq dənizlərində yerləşməsini nəzərə alaraq daha çox fayda əldə etməyə imkan verəcək.
“Maersk Line”-in donanmasına daxil olan konteynerdaşıyan dünyada “yaşıl” yanacaqla işləyən ilk gəmidir. Gəmiyə 500 ton “yaşıl” metanol “Lara S” (“OCI Global”) yanacaq təchizatı barjından doldurulub. “OCI Global” dünyanın ən böyük metanol yanacağı istehsalçısı hesab olunur.