

Yaponiyada AES-in təmizlənmiş suyu okeana axıdılacaq
Radioaktiv hissəciklərdən təmizlənmiş suyun “Fukusima-1” AES-dən axıdılmasına avqustun 24-də başlanacaq.
APA xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida hökumətin iclasında bildirib.
“Hava və dəniz şəraiti baxımından heç bir maneə olmadığı təqdirdə, avqustun 24-də suyun axıdılmasına başlanılması qərara alınıb”, - deyə o, Yaponiyanın bütün aidiyyətli nazirliklərinin tam hazır olduğunu bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır