

Gəmiçilik xətti 18 konteyner gəmisini icarəyə götürüb
“CStar Line” yeni konteyner xətti Çin, Honkonq, Yunanıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki gəmi sahiblərindən ümumi tutumu 23 000 TEU olan 18 konteyner gəmisini icarəyə götürüb.
"Seanews.az" xəbər verir ki, bu gəmilərdən həmçinin Rusiya limanlarını Misir, İsrail, Türkiyə, Hindistan, Səudiyyə Ərəbistanı, Çin və Cənubi Koreya ilə birləşdirən marşrutlarda istifadə olunacaq.
“CStar Line” yükdaşıma bazarına bir ay az əvvəl daxil olub. Şirkət Dubayda yerləşir. Şirkətin baş direktoru əvvəllər “Maersk Line”-in Rusiya ofisinə, eləcə də xəttin Şərqi Avropa bölməsinə rəhbərlik etmiş Jolt Katonadır.
Nəşrin yazdığına görə, 18 icarəyə götürülmüş konteyner gəmisi və özünün ikinci əl konteyner gəmilərindən ibarət donanması ilə “CStar” şirkəti bəlkə də ixtisaslaşdırılmış daşıyıcının ən parlaq nümunəsidir".