Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Cənubi Koreyanın STX şirkəti yeni xidmətini istifadəyə verib

Cənubi Koreyanın STX şirkəti “STX Green Logis” adlı yeni xidmətini istifadəyə verib.

“Seanews.az” xəbər verir ki, STX  əsas diqqətini xammalın, o cümlədən akkumulyator materiallarının ticarətinə yönəldəcək, "STX Green Logis" isə nəqliyyat və logistika işləri ilə məşğul olacaq.

Qeyd edək ki, STX 10 il əvvəl sürətlə inkişaf edən gəmiçilik şirkətlərindən biri sayılırdı. Şirkətin tərkibində “Harim Group”un idarəçiliyində olan “Pan Ocean” adlı xətt, eyni zamanda gəmiqayırma zavodları mövcud idi. İqtisadi problemlər səbəbindən son dövrlər STX-in fəaliyyətində durğunluq müşahidə olunurdu.

Mütəxəssislər bildirirlər ki, son addımlarla şirkət sektorda yenidən söz sahibinə çevrilə bilər.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır