Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

ABŞ taxıl ixracı üçün Türkiyə və Ukrayna ilə alternativ yollar axtarır

ABŞ taxıl müqaviləsinə xitam verildikdən sonra Ukrayna taxılının alternativ ixrac marşrutları yaratmaq üçün Türkiyə, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” rəsmilərə istinadən yazıb.

Müəlliflər yazıb ki, Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay boyunca ayda 4 milyon ton taxıl ixrac etmək imkanıdır.

Materialda qeyd olunub ki, taxılın əhəmiyyətli hissəsi Dunay çayı boyunca, eləcə də Qara dəniz vasitəsilə Rumıniyanın yaxınlıqdakı limanlarına göndəriləcək. Bundan sonra o, başqa istiqamətlərə göndəriləcək. Nəşrin məlumatına görə, bu marşrut daha yavaş və bahalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır