Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Antalya limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Antalya limanı 1 milyon 957 min 466 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Antalya limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 96 min 944 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 860 min 522 ton yük daşınıb.

“2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Antalya limanından 670 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır