

Rumıniya sahilində partlayış olub
Qara dənizin Rumıniya sahillində partlayış baş verib.
APA "Digi24" telekanalına istinadən xəbər verir ki, Qara dənizin Rumıniya sahillərində, Kostinesti turist kurortunun yaxınlığında partlayış qeydə alınıb.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü polkovnik Korenliu Pavel "Digi24" telekanalına bildirib ki, partlayıcı qurğu çox güman ki, Rusiyanın dəniz minasıdır.
Xəsarət alanın olmadığı qeyd olunub.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü qeyd edib ki, dəniz qüvvələrinin dalğıcları partlayış yerinə gedirlər, çünki dənizdə partlayış verən ərazinin yaxınlığında başqa bir mina da aşkar edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır