Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-02,
Seanews
Heyder Eliyev

“Deltamarin” şirkətinin layihəsi əsasında 10-dan çox gəmi tikiləcək

Finlandiyanın “Deltamarin” dəniz mühəndisliyi şirkəti avtomobillərin və yük maşınlarının daşınması üçün alternativ yanacaqla işləyən gəmilərin tikilməsi ilə bağlı bir neçə müqavilə imzalayıb.

“Seanews.az” bu barədə “Deltamarin” şirkətinə istinadən xəbər verir.

Çinin iri avtomobil şirkətlərindən olan “BYD Auto” Deltamarin şirkətinin konseptual layihəsi əsasında yerli “China Merchants Industry” gəmiqayırma zavoduna 4 gəmi sifariş edib. İlk gəminin 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Ro-Ro daşımalarında ixtisaslaşmış İşveçrənin “Sallaum Lines” şirkəti də “Deltamarin” tərəfindən hazırlanan layihə əsasında “China Merchants Jinling Shipyard” şirkətində 2 gəminin inşasına dair sifariş yerləşdirib. Gəmilərin 2026-cı ildə təhvil verilməsi gözlənilir.

“China Merchants Energy Shipping” (CMES) də “Deltamarin”in layihəsi əsasında 4 gəminin tikintisini yerli gəmiqayırma şirkətlərindən birinə sifariş edib. Birinci gəmi 2026-ci ildə təhvil veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır