Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-02,
Seanews
Heyder Eliyev

Vaşinqton Ukrayna taxılının ixracı üçün alternativ yollar üzərində işləyir

ABŞ administrasiyası Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ marşrutlar üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqton alternativ yollar - quru, çay, dəniz üzərində işləyir. O, bu variantların Qara dəniz Taxıl Təşəbbüsünü tam əvəz edə biləcəyinə əminliyini ifadə etməyib.

Öz növbəsində, Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski cümə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, Rusiya tərəfi ilə bağlı razılaşmalar yerinə yetirilərsə, ölkəsi Qara dəniz Taxıl Təşəbbüsünə qayıtmağa hazır olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır