Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Ukrayna öz taxılının ixracı üçün alternativ marşrut tapıb

Rusiyanın “taxıl dəhlizi” sazişindən çıxması Kiyevi kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ yollar axtarmağa məcbur edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Kiyev və Zaqreb Ukrayna taxılının ixracı üçün Xorvatiya limanlarından istifadə olunmasına dair razılığa gəliblər. Müvafiq razılaşma iki ölkənin xarici işlər nazirləri arasında Kiyevdə keçirilən danışıqlarda əldə olunub.

“Biz Ukrayna taxılının daşınması üçün Xorvatiyanın Dunay və Adriatik dənizindəki limanlarından istifadə imkanları barədə razılığa gəlmişik. İndi biz çalışacağıq ki, bu limanlara ən səmərəli marşrutlar quraq və bu imkandan maksimum yararlanaq”, - deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, ixracın qarşısının alınmasına istənilən töhfə, hər açıq qapı qlobal ərzaq təhlükəsizliyinə real və effektiv töhfədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır