

Panama kanalından gündəlik gəmi keçidlərinin orta sayı 32-yə endirilib
Panama kanalı suya qənaət etmək üçün məhdudiyyətləri genişləndirir. Gündəlik gəmi keçidlərinin orta sayı 35-36-dən 32-yə endirilib.
“Reuters” xəbər verir ki, maksimum suyaoturumla bağlı da yeni məhdudiyyətlər tətbiq edilir.
“Neo-Panamax” konteyner gəmiləri üçün 13,41 metr dərinlik saxlanılacaq. məhdudiyyət hava şəraiti kəskin dəyişənə qədər indiki səviyyədə qalacaq.
Panama Kanalı İdarəsindən bildiriblər ki, adətən iyul ayında güclü yağışlar yağır, lakin bu il bölgə uzun sürən quraqlıqdan əziyyət çəkir və yağıntıların olmaması “görünməmiş hadisə”dir. Panamada yağışlı mövsümdə kanaldan gündə orta hesabla 35-36 gəmi keçir.
Qeyd edək ki, uzunluğu 80 km olan kanal Atlantik və Sakit okeanları birləşdirir, dünya dəniz ticarətinin təxminən 3,5%-i onun payına düşür.
“Seanews.az”